Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Çempionlar Liqası ilə vidalaşdı

''Qarabağ'' Çempionlar Liqası ilə vidalaşdı

Tarix: 16 Sentyabr 2020 23:52

"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyuna çıxdı.

Sonxeber.net xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşdı. Oyun Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirildi.

Oyunun 90 əsas və 30 əlavə dəqiqəsi 0-0 hesabı ilə bitdi. Penalti seriyasında "Molde" 6:5 hesabı ilə qalib gəldi.

Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) klubuna 2:1 hesabı ilə qalib gələn "Ferentsvaroş"la (Macarıstan) qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Qeyd edək ki, püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA bu müraciəti təmin edərək görüşün sentyabrın 16-da Kiprdə keçirilməsinə qərar vermişdi.

Əlavə edək ki, ÇL-in görüşlərinə koronavirus səbəbindən azarkeşlər buraxılmır.

16 sentyabr

"Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0-0 (5-6 - penalti)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"


Etiketlər:  Qarabağ Çempionlar Liqası ilə vidalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ