Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2019 11:48
PSJ-nin hücumçusu Timoti Vea komandadan ayrılıb.
Qol.az xəbər verir ki, Paris klubu 19 yaşlı futbolçunu 10 milyon avro qarşılığında "Lill"ə satıb. Məlumatı klubun rəsmi saytı yayıb. Vea ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vea əfsanəvi futbolçu, hazırda isə Liberiyanın prezidenti olan Corc Veanın oğludur. Ötən mövsümün ikinci yarısını icarə əsasında "Seltik"də keçirən gənc hücumçu 13 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.