Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Agentliyin sədr müavini: Əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir

Agentliyin sədr müavini: Əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir

Tarix: 17 Sentyabr 2020 11:33

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda əlilliyin təyini sisteminin elektronlaşdırılmasından əvvəl əlillik dərəcəsi alanların müayinəsi ilə bağlı məlumatlar sistemə daxil edilir. Bu ilin sonuna kimi bu prosesi yekunlaşdırmağı planlaşdırırıq.

Trend-in məlumatına görə, bunu ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.
Onun sözlərinə görə, əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir: “Əlilliyin təyini üçün əməliyyat keçirilən orqanın funksional vəziyyəti dəyərləndirilir. Əskər hallarda açıq ürək əməliyyatı keçirənlər üçün 2-ci qrup əlillik təyin edilə bilər. Lakin göndərişdə vətəndaşın sağlamlıq vəziyyəti tam əks olunmalıdır”.


Etiketlər:  Agentliyin sədr müavini Əməliyyatın keçirilməsinə görə şəxsə əlillik təyin edilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ