Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maliyyə naziri pandemiya dövründə dövlətlərin prioritetləri barədə danışdı

Maliyyə naziri pandemiya dövründə dövlətlərin prioritetləri barədə danışdı

Tarix: 17 Sentyabr 2020 21:28

Bakı. Zeyni Cəfərov - Trend:

Koronavirus pandemiyası həm bütün dünyada, həm də Azərbaycanda qlobal iqtisadi inkişafa, ticarət axınlarına, eləcə də səhiyyə və sosial təminat sistemlərinə misilsiz zərbə vurub.

Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) "Çıxarılan nəticələr və inkişaf yolu" mövzusunda keçirilən vebinarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər ilk növbədə həll edilməli olan prioritetlər deyil.

Nazir bildirib ki, COVID-19 pandemiyası dövründə CAREC regionu ölkələri ilk növbədə insanların sağlamlığı və təhlükəsizliyinin təmin olunması üçün pandemiya ilə mübarizə aparır, ona görə də iqtisadi inkişaf məsələləri ikinci plana keçir.

Nazir əlavə edib ki, hər bir böhran inkişaf üçün yeni çağırışlar yaradır və Azərbaycan AİB-in reallaşdırdığı bu cür tədbirlərin təşkili üzrə CAREC proqramı üzrə təşbbüsü dəstəkləyir.


Etiketlər:  Maliyyə naziri pandemiya dövründə dövlətlərin prioritetləri barədə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ