Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın potensial rəqiblərinin sayı azaldı

''Qarabağ''ın potensial rəqiblərinin sayı azaldı

Tarix: 18 Sentyabr 2020 01:14

Azərbaycan çempionu "Qarabağ"ın  Avropa Liqasının pley-off mərhələsində potensial rəqiblərinin sayı azalıb.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisinin potensial rəqibləri “Riqa” (Latviya) və “Tre Fiori”nin (San Marino) matçı küləyə görə təxirə salınıb. Cütün qalibi 3-cü təsnifat mərhələsində Şotlandiya “Seltik”i ilə üz-üzə gəlməlidir. Həmin cüt isə pley-offda "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq.

Azərbaycan çempionu püşkatmada səpələmişlər səbətində yer alacaq.

Ermənistanın "Ararat Armeniya" klubu növbəti mərhələyə yüksəlsə də, iki ölkə arasındakı münaqişəyə görə püşkdə Azərbaycan təmsilçisi ilə düşə bilmədiyi üçün potensial rəqiblər sırasına daxil deyil.

“Qarabağ”ın mümkün rəqibləri:

“Sarayevo” (Bosniya və Herseqovina) / “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Şerif” (Moldova) / “Dandolk” (İrlandiya) cütünün qalibi
Təxirə salınmış “Riqa” (Latviya) / “Tre Fiori” (San-Marino) cütünün qalibi /“Seltik” (Şotlandiya) cütünün qalibi
“KuPs” (Finlandiya) / “Suduva” (Litva) cütünün qalibi
“Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi
“Ararat-Armeniya” (Ermənistan) - “Çelye” (Sloveniya) cütünün qalibi
“Klasksvik” (Farer adaları) / “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi
“Yurqorden” (İsveç) / ÇFR (Rumıniya) cütünün qalibi
“Floriana” (Malta) / “Flora” (Estoniya) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq.

 


Etiketlər:  Qarabağın potensial rəqiblərinin sayı azaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ