Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

Tarix: 18 Sentyabr 2020 14:54

"Corsair" şirkəti "Intel Comet Lake" aparat platforması və "Windows 10 Home" əməliyyat sistemindən istifadə edən oyun səviyyəli yeni "Vengeance i7200" masaüstü kompüterini təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, fərdi kompüter "Core i9-10850K" prosessoru üzərində qurulub. Bu çipin tərkibinə eyni anda 20 təlimat axını emalı imkanına malik on hesablama nüvəsi daxildir. Nominal takt tezliyi 3,6 QHs, maksimal 5,2 QHs təşkil edir.

 

4 × 8 giqabayt konfiqurasiyasında "DDR4-3200" operativ yaddaş tutumu 32 giqabayta bərabərdir. Məlumat saxlama altsisteminin tərkibində 1 terabayt tutumlu "M.2 NVMe SSD" bərkcisimli toplayıcısı və 2 terabaytlıq 3,5 düymlük sərt disk birləşib.

 

Qrafikanın emalı "NVIDIA GeForce RTX 3080" diskret sürətləndiricisi tərəfindən həyata keçirilir. Qurğu "2.5G Ethernet" şəbəkə kontrolleri, "Wi-Fi 802.11ax" və "Bluetooth 5.0" simsiz rabitə adapterləri ilə təchiz edilib.

 

Mövcud interfeyslər sırasına "USB 3.2 Gen1 Type-A", "USB 3.2 Gen1 Type-C", "USB 2.0", "HDMI" və "DisplayPort" portları, klaviatura və "maus" üçün "PS/2" çıxışı, şəbəkə kabeli üçün çıxış və s. daxildir.

 

Kompüterin qabaritləri 452 × 230 × 466 mm, çəkisi 14 kq təşkil edir. Həmçinin mərkəzi prosessor maye soyutma sistemi tətbiq olunub.

 

"Corsair Vengeance i7200" oyun kompüterini 2800 dollara əldə etmək mümkündür.

 

Nizam Nuriyev




Etiketlər:  Corsair Vengeance i7200 kompüteri Intel Comet Lake çipi ilə təchiz edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ