Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2020 16:16
Bakı. Trend:
Rusiyanın Plast şəhərinin meri Aleksandr Neklyudov koronavirusa yoluxduqdan sonra ölüb.
Trend-in məlumatına görə, bu barədə Çelyabinsk vilayət qubernatorunun mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, 67 yaşlı mer iki həftə əvvəl koronavirusa yoluxub və xəstəxanaya yerləşdirilib. A.Neklyudovun ağciyərlərinin böyük hissəsinin zədələndiyi deyilib.
Bu günədək Rusiyada 1,1 milyona yaxın şəxs koronavirusa yoluxub, 19 195 nəfər ölüb.