Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tofiq Yaqubludan siyasi maraqları üçün istifadə edənlər axıra qədər də bu mövqelərindən əl çəkmədilər - Deputat

Tofiq Yaqubludan siyasi maraqları üçün istifadə edənlər axıra qədər də bu mövqelərindən əl çəkmədilər - Deputat

Tarix: 18 Sentyabr 2020 18:06

Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlıdır. Bu isə o deməkdir ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ancaq bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq həm də ictimai-siyasi müstəviyə də transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı:

"Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də heç də əsl məqsədləri bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox səxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. Bax, ictimai vicdanı ağrıdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olar xeyli sayda ziyalımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək dövlətimzin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş edirdilər. Bax, Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi.

Hüquq sistemimiz isə bütün nüansları nəzərə alaraq ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul etdi və bu qərar hamımız tərəfindən alqışlanır. Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə də həm dövlətimizin ədalətini, həm hüquqi sistemimizin hümanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir".


Etiketlər:  Tofiq Yaqubludan siyasi maraqları üçün istifadə edənlər axıra qədər mövqelərindən çəkmədilər Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ