Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə-bağırsağı problemli olanlar cins geyinməsin - SƏBƏB

Mədə-bağırsağı problemli olanlar cins geyinməsin - SƏBƏB

Tarix: 18 Sentyabr 2020 22:30

Həzm orqanlarında istənilən problemi - qastrit, köp, kolit, həzmsizlik olanlar beli qarını kip sıxan cins geyimlərdən uzaq olmalıdır.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Nuriya Dianova bildirib.

Yüksək belli və dar cins geyimlər, şalvarlar mədə-bağırsaq ağrılarını artırır, diskomfort yaradır, bağırsaqda olan köp digər orqanları uzun müddət sıxır, qastrit olan nahiyə təzyiq görür.

Xüsusən bu geyimlərdə əyləşəndə, ofis işində qarın boşluğu təzyiq artır, mədə sıxılır, qaz və köplər artır. Reflüks xəstəliyi kəskinləşir, bu insanlarda qıcqırma yüksəlir.

Eləcə də sıx kəmərlər eroziya, reflü və qastrit xəstələrinə tövsiyə olunmur.

Sixıcı, bədən şəkilləndirici korsetlər qarın daxili orqanların sərbəst işinə mane olur. Bu geyimlərin aludəçilərini gələcəkdə ciddi mədə-bağırsaq xəstəlikləri gözləyir.

Mədə-bağırsaq problemi olanlar daha rahat, gen geyimlər geyinməlidir.


Etiketlər:  Mədə bağırsağı problemli olanlar cins geyinməsin SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ