Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib

“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib

Tarix: 19 Sentyabr 2020 14:18

Bakı. Trend:

“Beynəlxalq Sahilyanı Təmizlik Günü” və çimərlik mövsümünün başa çatması ilə əlaqədar “Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında Sumqayıt şəhəri Corat qəsəbəsinin dəniz sahilində təmizlik aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirlilib ki, iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, BMT-nin İnkişaf Programının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), beynəlxalq təşkilatların, “Özün yarat” müsabiqəsinin, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin və “AzEkol” şirkətinin nümayəndələri iştirak edib.

Aksiya zamanı 5 hektardan artıq sahil zolağı plastik və digər tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə ərazidə tullantıların çeşidlənməsi üçün xüsusi konteynerlər yerləşdirilib.

Tədbirin keçirilməsində məqsəd sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdır.


Etiketlər:  Dənizin təmizliyi özümüzdən başlayır devizi altında təmizlik aksiyası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ