Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət - FOTOREPORTAJ

Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət - FOTOREPORTAJ

Tarix: 21 Sentyabr 2020 14:34

Son zamanlar Bakıətrafı kənd və qəsəbələrdə abadlıq işləri genişlənir, gözoxşayan məkanların sayı artır.

Bu cür yerlərdən biri də gələcəkdə turizm marşrutuna salına biləcək Bibiheybət qəsəbəsidir. Əvvəllər bu əraziyə insanlar daha çox Bibiheybət məscidinə ziyarət üçün axın edirdisə, son görülən işlərdən sonra qəsəbənin bütünlüklə turistlərin sevimli məkanına çevriləcəyi gözlənilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, hazırda qəsəbədə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Evlərin qapı-pəncərələri yenilənir, eyvanlara dibçəklər qoyulur, divarlar müxtəlif rənglərə boyanaraq bəzədilir. İşlər tək bununla bitmir.

Bibiheybət qəsəbəsində yollara qəmbər döşənir, bərpaya ehtiyacı olan fasadlar yenilənir, kommunikasiya xətləri də dəyişdirilir. Ərazidə uşaq əyləncə mərkəzləri, söhbətkeşlərin quraşdırılması da gözlənilir.

Xatırladaq ki, abadlıq və yenidənqurma işləri Bakının Balaxanı, Əmircan və Ramanı kimi digər qəsəbələrində də aparılır. Bunlardan əlavə olaraq da, Mərdəkan, Novxanı, Buzovna, və s. kəndlər də turizm məkanına çevriləcəyi bildirilir.


Etiketlər:  Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ