Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 14:52
Bakı. Trend:
Dövlət bankı Azər Türk Bank müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində fəal iş aparır.
Görülən tədbirlər sırasında növbəti addım Bankın daha bir xidmət strukturunun – “Mərkəz” filialının yeni ünvanda müasir formatda yenidən qurulması işinin həyata keçirilməsidir.
Tezliklə “Mərkəz” filialı Bakı şəhəri, Nizami küçəsi, 96 ünvanda Bankın yeni konsepsiyasına uyğun qurulmuş, müasir bankçılığın standartlarına tam cavab verən məkanda fəaliyyətini davam etdirəcəkdir.
Qeyd edək ki, burada əsas xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır. Həmçinin texnoloji baxımdan müvəffəqiyyətlə yenilənmiş filialın Bakı şəhəri üzrə əlverişli səmtdə yerləşməsi də onun müştərilərlə əlaqələrini keyfiyyətcə yeni müstəviyə yüksəldəcəkdir.
Filialın yeni ünvana köçürülməsi, fiziki və texnoloji baxımdan yerləşmə prosesi müddətində müştərilərə Bankın digər filial və şöbələrində xidmət göstəriləcəkdir.
Daha ətraflı məlumatı https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.