Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milli Şura'' və AXCP-nin qeybətxana şousu: Bu dəfə Əli Kərimlinin saxtakarlığı ifşa edilir - VİDEO

''Milli Şura'' və AXCP-nin qeybətxana şousu: Bu dəfə Əli Kərimlinin saxtakarlığı ifşa edilir - VİDEO

Tarix: 21 Sentyabr 2020 18:39

"Milli Şura" və AXCP-nin qeybətxana şousu davam edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, budəfəki şouda birbaşa olaraq Əli Kərimlinin diktatorluğu, riyakarlığı və saxtakarlığı ifşa edilir.

Şoudan aydın olur ki, 1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildən isə keçirilən qurultaydan sonra partiyanın Nəzarət Təftiş Komissiyasının sədri seçilən Aydın Əliyev haqq sözünü dediyi üçün sıxışdırılıb və heç bir rəsmiyyət olmadan, adi sözlə tutduğu vəzifədən qovulub.

Aydın Əliyev haqqını tələb eləməyə başlayanda isə Əli Kərimli dərhal əl-ayağa düşüb. Partiyanın digər üzvü İradə Nərimana guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol, eləcə də digər sənədlər hazırlamasını tapşırıb.

Baxın, Kərimli və ətrafının çürük demokratiya anlayışları, saxtakarlıqları və ikiüzlülükləri bundan ibarətdir!


Etiketlər:  Milli Şura AXCP qeybətxana şousu dəfə Əli Kərimlinin saxtakarlığı ifşa edilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ