Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

Tarix: 21 Sentyabr 2020 21:51

Suriya, Liviya, Yəməndə hələ də davam edən humanitar böhranlarla bağlı riyakarlığını və prinsipsizliyini sübut edən ölkələrin dünyaya haqq-ədalət verə bilməyəcəyini bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün addımın atılmaması bunun əsl nümunələrindən biridir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin onun sədrliyi ilə keçirilən növbəti iclasından sonra xalqa müraciətində bildirib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Türkiyə öz hüquq və haqlarını sonadək müdafiə edəcək.


Etiketlər:  Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ