Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toksik polinevropatiyalar

Toksik polinevropatiyalar

Tarix: 22 Sentyabr 2020 07:42

Toksik polinevropatiyaların patogenezində fermentativ metobolik pozulmalar,damar mənşəli amillər və immunoallergik mexanizmlərin rolu böyükdür.Toksik polionevropatiyaların klinik əlamətləri digər nevropatiyalarda olduğu kimidir:
- süstlük
- damar pozulmaları
- əzələrdə zəiflik
- hərəki pozulmalar
Toksik zədələnmələr yuxarıda sayılanlarla birgə intoksikasiya əlamələrinin olması ilə digər polinevropatiyalardan seçilir.Bu zaman sinir toxumasının bütün elementlərinə morfoloji dəyişikliklər müəyyən olunur.Toksik nevropatiya diaqnozu aşağıdakı hallarda təsdiq edilir:
- toksik maddələrin təsiri təsdiq edildikdə
- intoksikasiyanın bütün əlamətləri aşkar edildikdə
- laborator müayinə zamanı neyrotoksik maddələrin yüksək miqdarı aşkar edildikdə
- bioptatda toksik nefropatiya əlamətlərini təsdiq edən histoloji göstəricilər aşkar edildikdə
Neyrointoksikasiyanın əlamətləri asteno-vegetativ sindrom,ensefalopatiya və ensefalomielopatiya əlamətləri ilə özünü biruzə verir.
Məişət və sənaye kimyası məhsulları ilə baş verən intoksikasiyaların əmələ gəlməsində bu məhsullarla ehtiyatsız istifadə,təsadüfi zəhərlənmələr və onların başqa məqsədlərlə qəbul edilməsi nəticəsində baş verir.


Etiketlər:  Toksik polinevropatiyalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ