Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 08:32
Milyardlarla smartfon, planşet, noutbuk və "Əşyalar interneti" qurğuları bu yay aşkar edilmiş proqram səhvindən istifadəyə əsaslanan hücumlar qarşısında dayanıqsız olan "Bluetooth" proqram təminatından istifadə edir. Onların böyük hissəsi heç vaxt təhlükəsizlik yeniləməsi almayacaq.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "BLESA" (Bluetooth Low Energy Spoofing Attack) adlandırılmış boşluq "Bluetooth Low Energy" (BLE) protokolundan istifadə edən qurğuları təhdid edir. Bu, daimi qoşulma vaxtı enerji istehlakını minimuma endirmək üçün "Bluetooth"un optimallaşdırılmış klassik protokolunun variantıdır. Yüksək enerji səmərəliliyi sayəsində sözügedən protokoldan son illərdə geniş istifadə olunurdu.
Avqustda dərc edilmiş məlumatda tədqiqatçılar bildiriblər ki, "Apple" bu yaxınlarda təqdim etdiyi yeniləmələrdən birində bu boşluğu aradan qaldırıb, ancaq sınaqlar üçün istifadə olunmuş "Android 10" əməliyyat sisteminin idarəetməsi altında işləyən "Pixel XL" smartfonu əvvəlki kimi bu hücum qarşısında dayanıqsız olub.