Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 11:34
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan "Legiya"da baş məşqçi dəyişikliyi gerçəkləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, dünən Aleksandar Vukoviçi istefaya göndərən Polşa təmsilçisi yeni baş məşqçi vəzifəsinə Çeslav Mixneviçi təyin edib.
Qeyd edək ki, "Legiya" 3-cü təsnifat mərhələsində "Drita"nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.
Əlavə edək ki, "Legiya"nın son olaraq ölkə çempionatında evdə "Gurnik"ə 1:3 hesabı ilə uduzmasından sonra baş məşqçi Vukoviçin istefasına qərar verilib. Onun rəhbərliyi altında komanda bu mövsüm ölkə çempionatında 4 turda 2 dəfə uduzub. Bundan başqa, Varşava təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində "Omoniya"ya (Kipr) 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.