Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 21:52
Artıq bir neçə aydır ki, internetdə olan məlumatlara əsasən Apple şirkəti AirPods Studio adlı yeni professional qulaqlıqlar üzərində çalışır. İndi isə insayderlər sözügedən qulaqlıq modelinin real fotosunu təqdim ediblər. Bu barədə Phonearena saytı xəbər verib. Təqdim edilmiş fotoda əks olunmuş AirPods Studio qulaqlığı Space Grey rəngində reallaşdırılıb. Məşhur insayder Jon Prosser sızdırılmış real foto əsasında qulaqlığın render fotolarını da yaradıb.
Təqdim edilmiş render fotolar AirPods Studio-nun konstruksiya özəlliklərini sərgiləyir. Bir sıra məlumatlara əsasən Apple şirkəti həmçinin bu qulaqlığın premium versiyasını da hazırlayır və onun üzərində dəri materialdan hazırlanmış örtük olacaq. Hal hazırda olan məlumata əsasən AirPods Studio ətraf səs-küyün aktiv boğulması sistemini əldə edəcək. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, AirPods Studio modeli 349$ qiymətində satışa çıxacaq və təqribi olaraq noyabr ayında təqdim olunacaq.