Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 10:12
Bakı. Samir Əli - Trend:
Sentyabrın 22-də saat 08 radələrində Xətai rayonu, X.Rüstəmov küçəsində 1970-ci il təvəllüdlü Habil Mahmudovun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla qeyd edilən ünvanda inşa edilməkdə olan birmərtəbəli fərdi yaşayış evinin damında təmir işləri aparılarkən orada fəhlə işləyən Habil Mahmudovun təhlükəsizlik qaydalarının pozulması nəticəsində damdan yıxılması və aldığı xəsarətlərdən ölməsi müəyyən edilmişdir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.