Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lukaşenkonun andiçmə mərasimi keçirilib

Lukaşenkonun andiçmə mərasimi keçirilib

Tarix: 23 Sentyabr 2020 12:56

Bakı. Trend:

Aleksandr Lukaşenko Belarus prezidenti vəzifələrinin icrasına başlayıb.

Trend-in məlumatına görə, Minskdə Müstəqillik sarayında dövlət rəsmilərinin iştirakı ilə andiçmə mərasimi keçirilib.

Mərasimdə həmçinin ictimai, mədəniyyət, idman xadimləri iştirak edib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. A.Lukaşanko 80,1 faiz səs yığaraq 6-cı dəfə ölkə prezidenti seçilib.


Etiketlər:  Lukaşenkonun andiçmə mərasimi keçirilib


RƏYLƏR