Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 14:20
Atam zarafat edirdi ki, hazırlaşın əzrayıl gəlib. Çox yaxın dostu dünyasını dəyişdi. Daha sonra məhlədə başqa biri öldü. Üçüncü isə atam dünyadan köçdü. Atamı dəfn etdik, bacımla xəstəxanaya getdik. Dedik, evə gəlib-gedən olmasın.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Rəna Ağamuradova (Renka) rejissor Nail Naiboğlunun "Youtube" layihəsində deyib. Koronavirus infeksiyasına yoluxan və atasını itirən sənətçi göz yaşlarını saxlaya bilməyib:
"İndiyənə kimi telefonuma zəng gələndə qorxuram. Klinikadan yığdılar mənə ki, atan dünyasını dəyişib. kaş mənim yanımda olardı, evdə keçinərdi. Özümü koronovirus qurbanı hesab edirəm. Mart-apreldə çox qorunurdum. Virusa yoluxanda paylaşdım, hamı dedi ki, özünü reklam edir. İndi o hisslə yaşayıram ki, bir gün atamla qovuşacam. Heç bilmirəm necə qol qaldıracam, geyinəcəm, mahnı səsi eşidəcəm... Amma heç nə etmirəm başıma hava gəlir. Qalmışam ortada, bilmirəm necə yaşayım. Uşaqlar da mənə baxıb pis olur".
Renka xaricə köçmək istədiyini də söyləyib:
"Azərbaycandan köçmək istəyirəm, bilmirəm niyə... O evdə otura bilmirəm. Bir də kənardan düşməyimi görüb sevinənlər var. Uşaqlarım deyir ki, babanı burda qoyub necə köçək? Deyirəm, qayıdacağıq, gəlib-gedəcəyik.
Atamın dəfnində bacımla mən idim, heç kimi yaxına buraxmadıq. Anamı belə qoymadıq gəlsin. Atanı dəfn edib, xəstəxanaya getmək dəhşət idi.
Atamı yanımda belə hiss edirdim, evimizdə idi. Evə psixoloq gəldi, 2 saat üstümdə əlləşdi. Dedilər, ruha əziyyət verirsən, qoy getsin. Onu qapıya qədər yola saldım və hiss edirdim ki, ruh getdi".