Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2020 19:25
Müğənni Xatirə islamın növbəti dəfə estetik əməliyyat etdirdiyi barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçının İstanbulun özəl klinikalarının birində plastik cərrahiyyə olunduğu iddia edilib.
X. İslam bu gün instaqramda xəstəxanadan foto paylaşaraq 8 ildir ki, mədəsindən şikayətləndiyini, bu səbəbdən müalicə olunduğunu deyib.
O, estetik iddialarına da reaksiya verib: "İnsan ağzını bağlayıb ac qalmasa, arıqlaya bilməz. İçdiyimiz su belə kökəlmə verir. Bu, qidaların süni olması və yaşayış tərzimiz, əsəb-stresslə bağlıdır.
59 kilo idim, 76-ya qalxdım. Bakıda aldığım səhv müalicə səbəbindən bu hala düşdüm. Dərmanlar məni məhv etdi. Çünki oğlum Emilə bacı və yaxud qardaş arzulayırdım. Uğursuz bir iş oldu, kökəldim. Boşuna şişməyim özümə qaldı".