Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 06:50
Bakı. Trend:
İsraildə koronavirusa yoluxanların sayı 200 041 nəfərə çatıb.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 667 nəfər virusa yoluxub, 31 nəfər xəstəlikdən həyatını itirib, ölənlərin ümumi sayı isə 19 799 nəfərə çatıb.
Hazırda əhalisi 9 milyon nəfər olan İsraildə 54 322 nəfər koronavirusdan müalicə alır, bunlardan 634 nəfərin vəziyyəti ağırdır, 171 xəstəyə ciyərlərin süni havalandırma cihazı qoşulub.
Sentyabrın 18-də İsraildə oktyabrın ikinci ongünlüyünün əvvəlinə qədər davam edəcək bu ilin ikinci karantini tətbiq edilib.