Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook” pirat şəkilləri bloklayacaq

“Facebook” pirat şəkilləri bloklayacaq

Tarix: 24 Sentyabr 2020 08:48

"Facebook" sosial şəbəkəsi və ona məxsus "Instagram" servisi müəlliflərinin icazəsi olmadan istifadəçilər tərəfindən dərc edilən şəkilləri bloklayacaq alqoritmlər istifadəyə verəcəklər.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məlumata görə, piratlıqdan əziyyət çəkən müəllif hüququ sahibləri onlara məxsus şəkillər haqqında məlumatları "Сreator Studio" aləti daxilində "Rights Manager for Images" bölməsinə yükləyə bilərlər. Bundan sonra şirkət təsvirlərin müqayisəsi sistemi vasitəsilə "Facebook" və "Instagram"da konkret şəkilin və ya fotoşəkilin yayılmasını izləməyə başlayacaq.
 
Alqoritm tərəfindən uyğunluq aşkarlandığı halda müəllif hüququ sahibinə müvafiq bildiriş göndəriləcək və materialları bloklamaq daxil olmaqla bir sıra tədbirlər görə biləcək. Sistem müəllif və naşirlərə kontentin bütün dünyada və ya müəyyən regionlarda yayılmasını bloklamağa imkan verəcək.
 
Hazırda şəkillərin yüklənməsi üçün "Rights Manager" funksiyasından yalnız bir sıra "Facebook" tərəfdaşları yararlana bilər. Şirkət nümayəndələri söhbətin hansı şirkətlərdən getdiyini bildirməyərək bunun foto sənayesi və irihəcmli kontent sahibləri ilə bağlı olduğunu qeyd ediblər. Perspektivdə servisdən adi "Facebook" istifadəçiləri də yararlana biləcəklər.
 
Qeyd edək ki, müəllif hüququ sahibləri əvvəllər də şəkillərin bloklanmasını tələb edə bilirdilər, lakin proses avtomatlaşdırılmamışdı: sosial şəbəkə şikayətlərə aparılan yoxlanış onların əsaslı olmasını təsdiq etdikdən sonra reaksiya verirdi.


Etiketlər:  Facebook pirat şəkilləri bloklayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ