Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Az içmək, az ünsiyyət, daim maska taxmaq”

“Az içmək, az ünsiyyət, daim maska taxmaq”

Tarix: 24 Sentyabr 2020 08:51

Distant iş, toyda ən çox 15 iştirakçı, tamaşaçısız stadionlar və ən əsası axşam saat 22-də əyləncə yerlərinin bağlanması.

Bu sadalananlar Böyük Britaniyada Nazirlər Kabinetinin qəbul etdiyi yeni məhdudiyyətlərə daxildir.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ölkənin Baş naziri Boris Conson COVID-19-la mübarizənin qətiyyən bitmədiyini deyib.

O bildirib ki, infeksiya üzərində qələbəyə şübhə etmir. Ancaq indi intizamlı olmaq və ortaq maraqlara uyğun yaşamaq vaxtıdır.

Danimarkada da barların iş saatları məhdudlaşdırılıb. Bu ölkənin sakinləri evlərində əylənəcəklər. Evlərdə təşkil edilən əyləncələrdə bəzən hətta beş yüz nəfərin də iştirakı mümkündür.

Almaniyanın Bavariya vilayətində səlahiyyətlilər tələbləri ciddi şəkildə sadalayır və intizama çağırırlar.

Bu federal əyalətin Baş naziri Markus Zöder brifinqdə açıq şəkildə deyib: "Birincisi, maskaları taxın, ikincisi, az için, üçüncüsü, ünsiyyəti məhdudlaşdırın".

Bazar ertəsi İtaliya Paris də daxil olmaqla Fransanın yeddi bölgəsində yaşayan fransızlar üçün mənfi nəticəli koronavirus testi tələb edib.

Bu barədə sənəd yoxdursa, analizi sərhəd-nəzarət məntəqələrində, hava limanlarında, qatar stansiyalarında və magistral yollarda da vermək olar.


Etiketlər:  içmək ünsiyyət daim maska taxmaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ