Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 19:26
"Heç vaxt yemək paylaşmıram. Bunun xəstəsi, hamilə olanı, imkansızı var. Paylaşım yazım, mənə suşi gəldi, əladı. Olmaz, dostlarımla buna görə dava edirəm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri rejissor Kənan M.M. "Space" kanalında "Status" proqramında deyib. Kənan Türkiyədə "Savaşçı" serialından aldığı qonorarı da açıqlayıb:
"Türkiyədə heç kimə qucaq açmayıblar. Şans lazımdır. "İstedadlıyam" deməklə iş bitmir. Bölüm başına 5 min manat qonorar alırdım. Həftədə 5 gün, 19 saat işləyirdim. Şərtlər ağır idi. 40 bölüm çəkildim. Puldan indi heç nə qalmayıb. Necə gəlirdi, elə də xərcləyirdim. İnsan 10 min qazananda ona uyğun, 100 alanda isə ona uyğun xərcləyir".
Ekran işinin 40 bölümündə rol alan Kənan serialdan 200 min qonorar alıb.