Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOFAZ bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır

SOFAZ bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır

Tarix: 25 Sentyabr 2020 21:00

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır.

Bu barədə Trend-ə SOFAZ-dan bildiriblər.

Qeyd olunub ki, 2020-ci il iyulun 1-dək SOFAZ-ın investisiya portfelində səhmlərinin payı 13,7 faiz təşkil edib:

“SOFAZ-ın səhmlərin strateji paylaşdırılması çərçivəsində atdığı taktiki addımlar, o cümlədən səhmlərə investisiyaların həcminin dəyişdirilməsi qərarı ətraflı makroiqtisadi təhlildən və bazarın fundamental göstəricilərindən asılıdır. SOFAZ-ın investisiya siyasəti ilə nəzərdə tutulan səhmlərin payı üzrə limit 25 faiz təşkil etsə də, biz bu il investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmırıq. Bununla belə, bazarlardakı mövcud tendensiyanı daim izləyirik və konyunkturdan asılı olaraq investisiya portfelində səhmlərin payını təkrar nəzərdən keçirməyə hazırıq”.


Etiketlər:  SOFAZ investisiya portfelində səhmlərin payını artırmağı planlaşdırmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ