Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zoom” xidmətinin “Android” versiyası yeni funksiyalar əldə edib

“Zoom” xidmətinin “Android” versiyası yeni funksiyalar əldə edib

Tarix: 26 Sentyabr 2020 08:52

Bu il videokonfranslar üçün "Zoom" proqramı koronavirus pandemiyası fonunda çox böyük populyarlıq qazanıb. Platforma daima yeni funksiyalar əldə edir. Bu həftə "Zoom" xidməti "Android" mobil əməliyyat sistemi üçün öz proqramını yeniləyib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeniliklər sırasında ilk növbədə virtual fon dəstəyini qeyd etmək lazımdır. Bu yenilik istifadəçinin olduğu mühiti gizlətməyə, onu gözəl mənzərə və ya istənilən başqa şəkillə əvəz etməyə imkan verir. Bundan başqa, indi "Zoom" xidmətinin "Android" üçün proqramı səsin birgə istifadəsini, əlavə olaraq ekranın birgə istifadəsini dəstəkləyir. Həmçinin mobil proqramda bəzi səhvlər aradan qaldırılıb və məhsuldarlıq yüksəldilib.


Etiketlər:  Zoom xidmətinin Android versiyası yeni funksiyalar əldə edib


RƏYLƏR