Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deloitte: TAP Albaniyaya Qərbi Balkan ölkələrində qaz habı olmasına kömək edəcək

Deloitte: TAP Albaniyaya Qərbi Balkan ölkələrində qaz habı olmasına kömək edəcək

Tarix: 2 Iyul 2019 11:15

Bakı. Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transatlantik boru kəməri (TAP) Albaniyaya Qərbi Balkan ölkələrində qaz habı olmasına kömək edəcək.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın “Deloitte” audit şirkəti tərəfindən hazırlanmış neft-qaz sahəsindəki vergilərə dair bülletendə qeyd olunub.

Bülletendə bildirilir ki, 2020-ci ildə istismara verilməsi gözlənilən TAP Albaniyanın energetika bazarının inkişafında və ölkənin Qərbi Balkan ölkələrində qaz habı olmaq məqsədinə çatmaqda mühüm rol oynayacaq.

TAP Albaniyada birbaşa xarici investisiyaların həcmi üzrə ən böyük layihədir və onun uzunluğu ölkə ərazisində quruda və dənizdə müvafiq olaraq 215 və 37 kilometr təşkil edir. Albaniya hökuməti qaz infrastrukturunun tikintisində əhəmiyyətli özəl investisiyalar üçün yol açan Milli Baş Planı təsdiq edib.

Qeyd edildiyi kimi, Albaniyada transmilli neft-qaz şirkətlərinin investisiyaları üçün də imkanlar var.

Xatırladaq ki, dəyəri 4,5 milyard avro təşkil edən TAP “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir. TAP-ın başlanğıc gücü ildə 10 milyard kubmetr təşkil edəcək və iki dəfə artırılmaq imkanına malik olacaq. TAP-ın tikintisinin 2020-ci ildə başa çatdırılması gözlənilir. Elə həmin il ilk Azərbaycan qazının Avropaya çatdırılması da nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 878 kilometrdir, onun 550 kilometri Yunanıstanın, 215 kilometri Albaniyanın, 105 kilometri Adriatik dənizinin dibindən, 8 kilometri isə İtaliyanın ərazisindən keçəcək.

TAP-ın səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%) Enagaz(16) və Axro (5%) şirkətləridir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deloitte Albaniyaya Qərbi Balkan ölkələrində habı olmasına kömək edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ