Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Qazaxıstan kömək etməyə hazırdır

XİN: Qazaxıstan kömək etməyə hazırdır

Tarix: 27 Sentyabr 2020 16:54

Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsində 27 sentyabr 2020-ci ildə qeydə alınmış gərginlikdən dərin narahatlığını ifadə edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Qazaxıstan tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün tədbirləri görməyə, güc tətbiqindən imtina etməyə və danışıqlara başlamağa çağırır:

"Biz beynəlxalq təşkilatların platformalarında münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırıq. Asiyada Qarşılıqlı Etimad Tədbirləri Konfransının hazırkı sədri olaraq, biz Konfransın mövcud etimad tədbirləri paketindən istifadə etməyi təklif edirik".


Etiketlər:  XİN Qazaxıstan kömək etməyə hazırdır


RƏYLƏR