Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2020 17:58
Bakı. Trend:
Polşa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafında baş verənlərdən narahatlığını ifadə edərək, Azərbaycan və Ermənistanı bu münaqişəni sülh və diplomatik yolla həll etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə Polşa XİN-nin "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "Polşa XİN Dağlıq Qarabağ bölgəsindəki hərbi toqquşmalarla bağlı məlumatlardan çox narahatdır. Döyüşlərə son qoyulması, gərginliyin azaldılması və xüsusilə ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqlarının bərpasına çağırırıq".
Polşa xarici işlər naziri Zbiqnev Raunun sözlərinə görə, Ermənistan və Azərbaycan üçün yeganə mümkün həll yolu atəşkəs, gərginliyin azaldılması və danışıqlardır.