Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 00:02
Bakı. Trend:
ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı dərhal atəşkəsə və münaqişə tərəflərinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara qayıtmasına çağırıb.
Trend-in məlumatına görə bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir: "ABŞ İrəvanı və Bakını ciddi ritorikadan və Dağlıq Qarabağdakı vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən imtina etməyə çağırır".
Vaşinqton münaqişə tərəflərini ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara qayıtmağa çağırıb.