Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyəli ekspert: Ermənistan qoşunlarının Azərbaycanın dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır

Türkiyəli ekspert: Ermənistan qoşunlarının Azərbaycanın dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır

Tarix: 28 Sentyabr 2020 13:02

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan qoşunlarının Azərbaycanın yaşayış məntəqələrinə və dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Bunu Trend-ə türkiyəli ekspert, professor Naciye Selin Şenocak deyib.

O bildirib ki, ATƏT Minsk qrupu Ermənistanın bu hərbi təcavüzünə görə birbaşa məsuliyyət daşıyır:

“ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda vasitəçiliyində və sülhün təmin olunması prosesində uğursuzluğa düçar olub. Bu qrupun səmərəsizliyi və məsuliyyətsizliyi üzündən 30 il ərzində Ermənistan Azərbaycana, ölkənin mülki əhalisinə və mülki infrastrukturuna qarşı hərbi aqressiyanı gücləndirib. Dinc əhaliyə qarşı hücumlar Ermənistan qoşunlarının hərbi hazırlığının əsasını təşkil edən taktikadır”.

Ekspert əlavə edib ki, Qafqaz regionunda sülh və stabilliyin təmin olunması üçün Ermənistandan Azərbaycan ərazilərinin işğalını dayandırmağı, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını və danışıqlar prosesində beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv iştirak etməyi tələb etməlidir:

“Bu münaqişə bütün Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə təhlükəsizliyə ciddi fəsadlar törədə bilər. Daha dayanıqlı sülh quruculuğu prosesinin təmin olunması üçün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində uğursuzluğa düçar olmuş ATƏT Minsk qrupunu BMT-nin sülh quruculuğu komissiyasının müşahidəsi altında yeni diplomatik mexanizm əvəz etməlidir.”


Etiketlər:  Türkiyəli ekspert Ermənistan qoşunlarının Azərbaycanın dinc sakinlərinə hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ