Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib

Səfir: Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib

Tarix: 29 Sentyabr 2020 16:30

Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O, həmçinin əlavə edib ki, Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur, bu barədə Ermənistandan qaynaqlanan bütün xəbərlər saxtadır.

P.Bülbüloğlu bildirib ki, Rusiyada çoxlu sayda azərbaycanlı cəbhəyə getmək üçün müraciət edib:

"Bu günlərdə səfirlikdə çoxlu sayda müraciət qəbul edilir. Onlar döyüşmək arzusunda olan vətənpərvər insanlardır. Biz onlara dərindən təşəkkür edirik. Amma bu gün bizim buna ehtiyacımız yoxdur, ordumuz tam təchiz olunub, bizim ən müasir silahlarımız var".


Etiketlər:  Səfir Azərbaycanın heç bombası Ermənistan ərazisinə düşməyib


RƏYLƏR