Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub

Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuad Oktay arasında telefon danışığı olub

Tarix: 29 Sentyabr 2020 20:57

Bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və Vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.


Etiketlər:  Baş Nazir Əli Əsədov ilə Türkiyənin Vitse prezidenti Fuad Oktay arasında telefon danışığı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ