Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amazon, yeni Luna adlı bulud texnologiyalı oyun servisini təqdim elədi

Amazon, yeni Luna adlı bulud texnologiyalı oyun servisini təqdim elədi

Tarix: 29 Sentyabr 2020 22:48

Amazon, Luna bulud oyun xidmətini təqdim etdi. The Verge yazır ki, cihazın satışa çıxma tarixi hələ məlum deyil, lakin ABŞ istifadəçiləri platformaya erkən giriş tələb edə bilərlər. Xidmətin digər ölkələrdə mövcud olub-olmayacağı da qaranlıqdır.

Milli.Az techland.az-a istinadən bildirir ki, şirkət, ilkin versiyada 100-dən çox oyun təqdim ediləcəyini bildirdi. Erkən qoşulanlar üçün aylıq abunəliyi 5.99 dollar olacaq.

Luna PC, Mac, Fire TV, iPhone və iPad-də əlçatan olacaq; istifadəyə verildikdən sonra şirkət Android üçün də versiya buraxacağını vəd etdi. Luna + eyni anda iki cihazda oynalına biləcək. Xidmət həmçinin Twitch ilə inteqrasiya olunacaq.

Amazon öz Alexa dəstəkli Luna Controller'ini də təqdim etdi. Cihaz 49,99 dollara təklif olunur.

Luna, Google-un Stadia və Microsoft-un xCloud oyun xidmətləri ilə rəqabət aparacaq.

Milli.Az


Etiketlər:  Amazon yeni Luna adlı bulud texnologiyalı oyun servisini təqdim elədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ