Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 15:30
Bakı. Elçin Mehdiyev - Trend:
Bu il imzalanan fərman və sərəncamlar nəticəsində sosial həyatın yaxşılaşması ölkədə gedən inkişafın çox gözəl göstəricisidir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində deyib.
Ə.Əhmədov bildirib ki, digər sahələrdə əldə edilən nəticələr dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılır:
“Bu gün iqtisadi, sosial inkişaf dərəcələri DİM-lərdən irəli gələn vəzifələrə uyğunlaşdırılıb. Biz növbəti illərdə də naliyyətləri DİM-lərdən irəli gələn vəzifələrə uyğunlaşdıracağıq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin