Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 09:39
Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1979-cu il təvəllüdlü Həsənov Elçin Əli oğlunun evi top mərmisindən dağılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, saat 01:46-da Birinci Baharlı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Əhmədov Sabir Qulu oğlunun evi düşən mərminin təsirindən zərər çəkib.
Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1950-ci il təvəllüdlü Behbudov Allahverdi Məhəmməd oğluna məxsus 200 ədəd ot bağlaması mərmi nəticəsində yanıb.