Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 10:09
Sentyabrın 29-da ATƏT-in Daimi Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi iclas keçirib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasda ATƏT-ə 57 üzv dövlətin nümayəndələri iştirak edib.
İclası açan Daimi Şuranın sədri səfir İqli Həsəni toqquşmaların davam etməsi və təmas xəttindəki vəziyyətin pisləşməsindən narahatlığını bir daha bildirib. Artan itki saylarından narahat olan sədr təcili olaraq vəziyyəti sabitləşdirmək çağırışını təkrarlayıb, ölənlərin və yaralananların ailələrinə və yaxınlarına başsağlığı verib.
Minsk Qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ nümayəndələri həmsədrlərin bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmaq və münaqişənin davamlı həll yolunu tapmaq üçün danışıqları bərpa etmək barədə çağırışlarını bir daha təsdiqləyiblər.