Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 10:46
UEFA Avropa Liqasının pley-off mərhələsinində Ermənistanın "Ararat Armenia" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunla bağlı yeni qərar qəbul edib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Qərara görə, qarşılaşmanın yeri dəyişdirilib və oyun oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq.
Sözügedən matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Qeyd edək ki, Serbiya klubu Ermənistanın səfərbərlik elan etməsinə görə İrəvana getməkdən imtina etmişdi. Ona görə də klub 1 oktyabrda oynanılacaq matçın Belqradda keçirilməsi üçün UEFA-ya müraciət etmişdi.