Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Gürcüstan-Türkiyə magistralını bağlamağa cəhd ediblər

Ermənilər Gürcüstan-Türkiyə magistralını bağlamağa cəhd ediblər

Tarix: 30 Sentyabr 2020 11:42

Bakı. Trend:

Sentyabrın 29-da axşam saat 22:00 radələrində Cavaxetiyada ermənilər Gürcüstan-Türkiyə magistral yolunu bağlamağa cəhd göstəriblər.

Trend-in məlumatına görə, aksiyada iştirak edən ermənilər Türkiyədən gələn yük maşınlarını Gürcüstana buraxmayacaqlarını bildiriblər. Ermənilər bu yolla Türkiyədən Azərbaycana silah daşındığını iddia ediblər. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, Gürcüstan parlamentinin hazırkı deputatı Samvel Manukyan və sabiq deputat Samvel Petrosyan da gəliblər.

Söhbət zamanı ermənilər bir neçə tələb irəli sürüblər. Uzun sürən danışıqlardan sonra yol açılıb.

Siyasi ekspertlər hesab edirlər ki, aksiya Ermənistan hökuməti tərəfindən idarə olunur. Ermənilərin əsas məqsədi Gürcüstanı münaqişəyə cəlb etmək, münaqişənin miqyasını genişləndirməkdir. Halbuki onlar yaxşı bilirlər ki, Gürcüstan hökuməti ölkə ərazisindən hərbi yüklərin daşınmasını qadağan edib. Buna baxmayaraq, ermənilər öz məkrli siyasətlərini həyata keçirmək üçün ən iyrənc vasitələrə əl atırlar.


Etiketlər:  Ermənilər Gürcüstan Türkiyə magistralını bağlamağa cəhd ediblər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ