Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 15:54
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində böyük uğurlar əldə edib.
Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma portalının təqdimat mərasimində deyib.
Q.İsaqzai bildirib ki, Azərbaycanda DİM-in milliləşdirilməsi prosesi gedir və bu, çox yaxşı haldır.
Q.İsaqzai vurğulayıb ki, BMT DİM-lərin həyata keçirilməsində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirir.
BMT rəsmisi qeyd edib ki, Milli Məlumatlandırma Portalının istifadəyə verilməsi DİM-lərin həyata keçirilməsi istiqamətində mühüm addımdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin