Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ruben Dias rəsmən "Mançester Siti"də

Ruben Dias rəsmən

Tarix: 30 Sentyabr 2020 18:30

"Benfika"nın futbolçusu Ruben Diasın "Mançester Siti"yə keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb. 23 yaşlı oyunçunun yeni klubunda 3 nömrəli forma geyinəcəyi bildirilib.

Qeyd edək ki, bu transfer üçün "Mançester Siti" 68 milyon avro təzminat ödəyib.

Milli.Az


Etiketlər:  Ruben Dias rəsmən Mançester Sitidə


RƏYLƏR