Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Komandam fantastik oynadı" - Kipr millisinin baş məşqçisi

Tarix: 14 Oktyabr 2020 09:40

Mən komandama, sadəcə, bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının 4-cü turunda yığmamızla keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan görüşü belə dəyərləndirib: "Bəlkə onlar bacardıqlarının daha artığını etmək istədilər. Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə bizi xilas etdi. Bu həmçinin futbolçularımızın fantastik mentaliteti olduğunu göstərir. Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdur və məncə, biz bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq".

Milli.Az


Etiketlər:  Komandam fantastik oynadı Kipr millisinin baş məşqçisi


RƏYLƏR