Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 13:06
Ermənistan silahlı qüvvələri Füzuli rayonunun kəndlərini atəşə tutmaqda davam edir.
Sonxeber.net bildirir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ermənilər rayonun Kürdmahmudlu və Alıxanlı kəndlərini "Smerch" tipli raketlərdən atəşə məruz qoyub.
Hadisə nəticəsində rayonun Kürdmahmudlu kəndində 20-yə yaxın evə ziyan dəyib. Həmçinin Alıxanlı kəndində də bir neçə ev yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.