Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın direktoru: “Azarkeş məsələsinə görə AFFA ilə görüşəcəyik”

“Qarabağ”ın direktoru: “Azarkeş məsələsinə görə AFFA ilə görüşəcəyik”

Tarix: 15 Oktyabr 2020 15:46

Avropa Liqası oyunlarına azarkeşlərin buraxılması məsələsini AFFA ilə müzakirə edəcəyik.

Sonxeber.net xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl avrokubok matçlarında tribunaların 30 faizinə azarkeşlərin cəlb olunması məsələsi barədə danışarkən deyib.

Ağdam klubunun rəsmisi bu həftə AFFA rəhbərliyi ilə bununla bağlı görüş keçirməyi planlaşdırdıqlarını söyləyib: "Bilirsiniz ki, bizdə təkcə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yoxdur. Eyni zamanda, Dağlıq Qarabağdakı hadisələrlə bağlı komendant saatı tətbiq olunur. Bunu da nəzərə almaq lazımdır. Bu məsələdə assosiasiyanın fikri də vacibdir. AFFA ilə bu həftə ərzində məsələni müzakirə etməyə çalışacağıq. Müzakirədən sonra ehtiyac olarsa, rəsmi müraciət ünvanlayacağıq".

Hərbi vəziyyətlə əlaqədar Azərbaycan yığmasının Millətlər Liqasında Kiprlə ev oyunu Albaniyada keçirilib. Əmrah Çəlikəl "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi planlaşdırılan avrokubok matçları ilə bağlı hələlik hər hansı bir dəyişikliyin olmadığını vurğulayıb: "Bütün işlər ev oyunlarımızın Bakıda təşkili üzərində planlaşdırılıb. Neytral meydan məsələsi hazırda müzakirə mövzusu deyil. Bu üzdən heç bir alternativ plan yoxdur. Əgər vəziyyət dəyişərsə, o zaman buna uyğun addımlar atacağıq".

Qeyd edək ki, "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor"la (Türkiyə) birgə İ qrupunda yer alan "Qarabağ" ilk ev görüşünü oktyabrın 29-da birincilərə qarşı keçirəcək.


Etiketlər:  Qarabağın direktoru Azarkeş məsələsinə görə AFFA ilə görüşəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ