Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 20:51
Mavi gilin tərkibində dəmir,kalsium,maqnium,kremin,gümüş,fosfor,nikel,azot,xrom,sink,radium və bir çox minerallar var.Mavi gildən dünyanın bütün məşhur qadınları istifadə edir.Belə ki,mavi gil dəriyə aşağıdakı cür təsir edir:
* toksinlərin xaric olmasına səbəb olur
* antiseptik təsir edir və bakteriyaları öldürür
* dərinin minerallara olan tələbatını ödəyir
* dəridəki yaraları sağaldır
* iltihabi prosesi aradan qaldırır
* bütün bədənə sürtüldükdə maddələr mübadiləsini yaxşılaşdırır
* orqanizmin müdafiə qüvvəsini artırır
* dəriyə təmizləyici təsir göstərir
* dərinin strukturunu yaxşılaşdırır
Mavi gil maskası güclü antiseptik təsirə malik olduğu üçün dəridə olan bir çox xəstəliklərin müalicəsində effektiv təsir göstərir və dəriyə qan axınını sürətləndirərək dərinin qan dövranını yaxşılaşdırır.Bu səbəbdən də sellüid,saçların tökülməsi zamanı,dəridə xırda səpgilər olduqda bu maskadan istifadə edilir.
Mavi gil maskasından oynaq xəstəlikləri zamanı da istifadə edilir.Bu zaman gil maskası bütün bədənə sürtülür və bir müddət isti mühitdə gözlənilir.Prosedur qadın xəstəlikləri,onurğa xəstəlikləri,bronxit və ağ ciyər daxil olmaqla bütün daxili orqanların xəstəlikləri zaman istifadə edilir.Mavi gil maskasından onkoloji xəstəliklər zamanı da geniş tətbiq edilir.
Mavi gil maskasını birinci dəfə sürtdükdə dəridə yüngül qaşınma əlamətləri verə bilir,amma,bu proseduru saxlamağa səbəb olmamalıdır.Belə ki,mavi gilin insan orqanizminə heç bir mənfi təsiri yoxdur.