Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 03:56
Bakı. Trend:
Son sutkada Fransada 30 mindən çox insan koronavirusa yoluxdu. Ümumilikdə ölkədə kornavirusa yoluxanların sayı 809 684 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə "Sante publique France" agentliyi bildirib.
Son 24 saat ərzində ölkədə 30 621 yoluxma faktı qeydə alınıb. Qeyd edilir ki, bir gün əvvəlki göstəricilər 8 min daha az olub - 22 591 min nəfər.
Hazırda ölkədə sözügedən virusdan ölənlərin ümumi sayı son sutkada 104 olmaqla 33 125 nəfər təşkil edir.