Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 10:10
"Neftçi" növbəti transferini rəsmiləşdirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlanıb. 29 yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.
Bruno Teluşi İtaliyanın "Virtus Entella" (2007-2011), Albaniyanın "Flamurtari" (2011-2017), "Partizani" (2018-2020), "Kukesi" (2020) və Xorvatiyanın "Slaven Belupo" (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.