Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 11:18
Hesab edirik ki, məktəblərin bağlı olduğu 2 həftə ərzində yoluxma sayı azala bilər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, son günlərdə qeydə alınan yoluxma sayları sürətlə artır: "Təhsil sistemində 2 milyona yaxın təhsil alan var. Bu təhsilalanların məktəbə getməsi yoluxma hallarının sayının artmasına təkan verə bilər".
E.Əmrullayev əlavə edib ki, son günlər ərzində koronavirusa görə bağlanan məktəblərin sayı çoxalıb.